Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.
SİA xəbər verir ki, o, İsmayıllı rayonunda qəfil infarkt keçirib. Ruslan Quliyev dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
53 yaşında dünyasını dəyişən Ruslan Quliyevin nəşinin bu gün Bakıya gətiriləcəyi bildirilir.
Qeyd edək ki, Ruslan Quliyev uzun illər turizm sahəsində fəaliyyət göstərib, sağlamlıq və termal turizmin inkişafı istiqamətində müxtəlif layihələrin həyata keçirilməsində iştirak edib.