...SİA xəbər verir ki, “Euroradio”nun məlumatına görə, İran haqqında şərhinə görə Belarusda saxlanılan iranlı tələbə Xaterə Hadadi Ermənistana deportasiya edilib.
Bundan əlavə, onun 30 il (2056-cı ilə qədər) Belarusa girişi qadağan edilib.
Qeyd edək ki, Hadadi Belarusda diş həkimi olmaq üçün təhsil alırdı.
Təhlükəsizlik qüvvələri onu Telegram kanalında İran haqqında mənfi şərhinə görə saxlayıblar.
O, 14 gün həbs edilib və sonra deportasiya edilib.
Hadadi iddia edir ki, dövlət mediası onun haqqında süjet çəkmək üçün onu həbsxanada ziyarət edib. Lakin süjet hələ Lukaşenkonun televiziyasında nümayiş etdirilməyib.
Əli Babayev