9 iyun Azərbaycan siyasi tarixində dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Məhz həmin tarixi gündə Ümummilli Lider Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtdı və ölkənin taleyində mühüm rol oynayan yeni bir mərhələnin əsası qoyuldu. Həmin dövrdə Azərbaycan dərin siyasi böhran, iqtisadi çətinliklər və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi.
Ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyət dövlət müstəqilliyini ciddi təhdid altında qoymuşdu. Belə bir şəraitdə Heydər Əliyevin Bakıya qayıdışı cəmiyyətdə sabitliyə, dövlətçiliyin qorunmasına və milli birliyin möhkəmlənməsinə böyük ümid yaratdı. Qısa müddət sonra həyata keçirilən siyasi qərarlar nəticəsində ölkədə sabitlik təmin olundu, dövlət idarəçiliyi gücləndirildi və Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətləri müəyyənləşdirildi.
Bu hadisə müasir Azərbaycan tarixində təkcə siyasi dəyişiklik kimi deyil, həm də dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin nümayişi kimi dəyərləndirilir. Hər il 9 iyun tarixi həmin dövrün əhəmiyyətini xatırlatmaq, tarixi hadisələri yeni nəsillərə çatdırmaq və dövlətçilik ideyalarının təbliği baxımından xüsusi önəm daşıyır.
Bəs görəsən şəhər sakinləri 9 iyun – Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtdığı tarixi hadisə haqqında nə düşünür, onun Azərbaycanın inkişafında və dövlətçiliyinin möhkəmlənməsində rolunu necə qiymətləndirirlər?
SİA şəhər sakinləri arasında sorğu keçirib.
.jpg)
Şəhər sakini Rafiq Qafarov : “Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş nöqtəsi oldu. O illərdə vəziyyət çox gərgin idi, insanlar gələcəklə bağlı narahatlıq yaşayırdı. Onun rəhbərliyə gəlməsindən sonra ölkədə sabitlik yaradıldı, dövlət idarəçiliyi gücləndirildi və insanlar öz gələcəyinə daha inamla baxmağa başladılar.
Mən hesab edirəm ki, həmin dövrdə Azərbaycan xalqının birlik nümayiş etdirməsi də çox mühüm rol oynadı. Dövlətçiliyin qorunması naminə xalqın bir araya gəlməsi ölkənin çətinliklərdən çıxmasına kömək etdi. Bu gün əldə olunan inkişafın təməlində məhz həmin dövrdə atılan addımlar dayanır”.
.jpg)
Şəhər sakini Mirmehdi Qasımov : “Bu gün Azərbaycanda hökm sürən sabitlik və inkişaf uzun illər aparılan məqsədyönlü siyasətin nəticəsidir. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkənin iqtisadi və siyasi cəhətdən güclənməsinə imkan yaratdı. Şəhərlərimizin siması dəyişib, yeni yollar, körpülər, məktəblər və xəstəxanalar tikilib.
İnsan gündəlik həyatında bu dəyişiklikləri aydın hiss edir. Bakıdan bölgələrə qədər aparılan abadlıq və quruculuq işləri ölkəmizin inkişafını göstərir. Mən hesab edirəm ki, bu siyasət Azərbaycanın regionun güclü dövlətlərindən birinə çevrilməsində mühüm rol oynayıb”.
.jpg)
Şəhər sakini Sara Əliyeva: “1990-cı illərin əvvəllərində yaşanan hadisələri yaxşı xatırlayıram. Həmin dövrdə insanlar sabahın necə olacağını bilmirdilər. Heydər Əliyevin Bakıya qayıdışı cəmiyyətdə böyük ümid yaratdı və qısa müddətdə ölkədə sabitlik təmin edildi. Bu gün müstəqil və güclü Azərbaycanda yaşamağımız həmin dövrdə qəbul edilən qərarların nəticəsidir”.
.jpg)
Şəhər sakini Mədinə Əbilova : “Heydər Əliyevin fəaliyyətini dövlətçiliyin möhkəmlənməsi baxımından yüksək qiymətləndirirəm. Onun həyata keçirdiyi siyasət nəticəsində təhsil, səhiyyə və sosial sahələrdə mühüm dəyişikliklər baş verdi. Ən önəmlisi isə insanlar dövlətə və gələcəyə olan inamını yenidən qazandılar. Bu gün ölkəmizin inkişafı həmin siyasi kursun uğurla davam etdirildiyini göstərir”.
.jpg)
Şəhər sakini Aydın Məmmədov : “Mən həmin çətin illərin canlı şahidiyəm. O zaman ölkədə ciddi problemlər vardı və xalq narahatlıq içində yaşayırdı. Heydər Əliyevin xalqın çağırışına cavab verərək Bakıya qayıtması dövlətçiliyin qorunması üçün həlledici addım oldu. Sonrakı illərdə iqtisadiyyatın inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi və sabitliyin təmin olunması Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratdı”.
.jpg)
Şəhər sakini Samir Həsənov : “Tarixə nəzər salanda görürük ki, ölkənin taleyini dəyişən məqamlar olur və 9 iyun həmin günlərdən biridir. Heydər Əliyevin siyasi təcrübəsi və qətiyyəti sayəsində Azərbaycan çətin sınaqlardan çıxdı, dövlət müstəqilliyi möhkəmləndi. Bu gün ölkəmizin qazandığı uğurlar və beynəlxalq nüfuzu həmin dövrdə əsası qoyulan dövlətçilik siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir”.