ISW eksperti: Tramp Lukaşenko haqqında yanılır..?

8 İyun 2026 19:43 (UTC+04:00)

...Müharibə Tədqiqatları İnstitutunun (ISW) eksperti Corc Barros PAP-a bildirib ki, Tramp administrasiyası Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara kömək edəcəyi ümidi ilə Belarusla münasibətləri gücləndirməyə çalışa bilər.

SİA bu barədə xarici saytlara istinad edir.

Ekspertin sözlərinə görə, ABŞ Belarusla bir növ yaxınlaşma (nəticəyə çatdırmaq - red.) və ya Minsklə qeyri-rəsmi ünsiyyət kanalı yaratmağa çalışır. Bu, Tramp administrasiyasının ikinci müddətinin ilk ilində, 2025-ci ildə müşahidə etdiyimiz bir tendensiyadır: müxtəlif şəxsi danışıqlar, (Belarus aviaşirkəti) Belavia-ya qarşı sanksiyaların qaldırılması və s..,- deyə o qeyd edib.

...Mənə elə gəlir ki, Tramp administrasiyası Belarusun Rusiya ilə danışıqlarda və Ukraynadakı müharibəni dayandırmaq üçün ruslarla ünsiyyətdə faydalı ola biləcəyi fərziyyəsindən irəli gəlir. Açığı, düşünürəm ki, bu, vəziyyətin səhv qiymətləndirilməsidir, çünki Rusiya faktiki olaraq Belarusu demək olar ki, tamamilə tabe edib, - Barros vurğulayıb.

Onun fikrincə, “Rusiya və Belarus artıq tamamilə ayrı qurumlar kimi qəbul edilməməlidir. Onların hərəkətləri əsasən bir-biri ilə bağlıdır və Belarusun hərəkətləri Rusiyanın strategiyasını dəstəkləyir, - deyə o əlavə edib.

Əli Babayev