"Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı yardım haqqında Müqavilə" layihəsi hazırlanıb və hazırda dövlətdaxili proseduralardan keçirilir.
Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, məqsəd iki ölkənin hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir.
Qeyd olunub ki, Vyetnamın Baş prokuroru Nquyen Tiyen Azərbaycana işgüzar səfərə gəlib. Baş prokuror Kamran Əliyevlə vyetnamlı həmkarı arasında keçirilən görüşdə hər iki ölkənin siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində dövlətlərarası münasibətlərin dinamik inkişafı vurğulanıb.
Nquyen Tiyen təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, habelə qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Görüşdən sonra qonaqlar Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar