"Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsini institutlaşdırmaq niyyətindədir" - Paşinyan

8 İyun 2026 11:54 (UTC+04:00)

Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsini institutlaşdırmaq niyyətindədir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bunu 8 iyun tarixində parlamentin dövlət və hüquq məsələləri üzrə daimi komitəsinin iclasında Korrupsiyanın Qarşısının Alınması Komissiyasının 2025-ci il fəaliyyət hesabatının müzakirəsi zamanı bildirib.

"Biz bu istiqamətdə işləyəcəyik", - deyə baş nazir bildirib.

Paşinyan qeyd edib ki, TRIPP-nin ratifikasiya prosesinə tezliklə başlamaq lazımdır.

"Ermənistan sülhün kəsişməsinə çevrildiyi üçün bunun həqiqətən transformativ bir layihə olduğunu təsdiqləmək vacibdir", - deyə hökumət başçısı vurğulayıb.