Tokayev Paşinyanı Ermənistanda keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib

8 İyun 2026 11:47 (UTC+04:00)

Tokayev Paşinyanı Ermənistanda keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı onun Vətəndaş Müqaviləsi partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

İyunun 7-də Ermənistanda 18 partiya və siyasi blokun iştirak etdiyi parlament seçkiləri keçirilib.

"Dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanı onun Vətəndaş Müqaviləsi partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Kasım-Jomart Tokayev Nikol Paşinyana Ermənistanın uzunmüddətli milli maraqları naminə işində uğurlar arzulayıb", - deyə prezidentin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Qazaxıstan lideri qeyd edib ki, respublika qarşılıqlı maraq doğuran bütün sahələrdə dost Ermənistanla fəal əməkdaşlığı davam etdirməyə hazırdır. Tokayev həmçinin erməni xalqına ölkələrinin inkişafında uğurlar, sülh və firavanlıq arzulayıb.