Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib

8 İyun 2026 11:37 (UTC+04:00)

Azərbaycan Atıcılıq Federasiyası (AAF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atıcılığı üzrə ölkə kubokunun qalibləri müəyyənləşib.

Bu barədə SİA-ya AAF-dan məlumat verilib.

Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi stend növləri üzrə böyüklər və U-21 yaş kateqoriyalarında qüvvələrini sınayıblar.

Ümumi kateqoriya

Səngər stendi

1. Ramil Rüstəmzadə

2. Mürtəza Novruzlu

3. Tamerlan Məmmədov

Dairəvi stend

1. Riqina Meftahətdinova

2. Niyaz Ağazadə

3. Fuad Qurbanov

U-21

Səngər stendi

1. Mürtəza Novruzlu

2. Cəlal Məmmədov

3. Nərmin Cəfərova

Dairəvi stend

1. Məhəmməd Teyublu

2. İslam Əjdərov

3. Aslan Qurbanov

Qeyd edək ki, Azərbaycan Kuboku Bakı Atıcılıq Mərkəzində təşkil olunub.