Hərbi canilərin cəzası dəyişdirilə bilməz - TƏHLİL

8 İyun 2026 11:38 (UTC+04:00)

Ermənilər böyük güclərin hərbi, siyasi, maliyyə dəstəyi ilə Cənubi Qafqaza köçürüldükləri vaxtdan azərbaycanlılar böyük əziyyətlər çəkib, məşəqqətlərlə üzləşiblər. Çünki erməni vəhşi toplumu özlərinə məskən qurmaq və bu məskənin sərhədlərini genişləndirmək üçün azərbaycanlılara qarşı bəşəri cinayətlər törədiblər. Nəticədə son iki yüz il ərzində 2 milyondan çox azərbaycanlı erməni terrorunun qurbanı olub, yüzlərlə şəhər, kənd və qəsəbələr dağıdılıb. Yalınız ötən əsrin 88-ci illərindən sonra 300 minə yaxın azərbaycanlı dogma yurd-yuvaları olan Qərbi Azərbaycanda terora məruiz qalıb və onlarla insan öldürülüb, sağlamlığından məhrum olub. Nəticədə insanlar öz dogma ocaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bu kimi vəhşiliklər Qarabğda separtzmin genişləndirilməsi ilə davam etdirilib. Koçaryanlar, sarkisyanlar, arutunyanlar, saakyanlar, qukasyanlar və digərləri xaricdəki məkrli dairələrdən dəstək almaqla Qarabağda insanları öldürmüş, min illik tarixi olan abidələri, memarlıq nümunələrini dağıtmışlar. Vəhşilər Şuşanı işğal edərkən oradakı 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Ümumilikdə Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni BüIbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Navabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir. Eyni zamanda işğalçılar Azıx və Tağlar mağaralarını, Qaraköpək, Üzərliktəpə, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanları, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqları, türbələri, məscidləri, məbədləri, abidələri məhv ediblər. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Son qiymətləndirmənin nəticələrinə görə dağıntılar nəticəsində iqtisadiyyata 300 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyi, Ağdamdakı çörək muzeyi, Zəngilandakı Daş Abidələr muzeyi məhv edilmişdir. Ümumilikdə erməni terror toplumunun vandalizmi nəticəsində ilkin olaraq dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.

Erməni terroru "Dəmir yumruq"la məhv edildi

Azərbaycan xalqının özünməxsus dəyərlərə, qanunlara və qaydalara sahib olması onu deməyə əsas verirdi ki, heç zaman ermənilərin işğal siyasəti ilə barışmayacaq və günün birin də onlara layiq olduqları cavabı verəcək. Belə də oldu. 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu düşməni məhv etmək və işğal altında olan torpaqlarımızı azad etmək üçün əməliyyata başladı. Əməliyyat cəmi 44 gün çəkdi. Bu müddətdə erməni terror maşını tamamilə məhv edildi və 30 il işğal altında olmuş ərazilərimiz azadlığına qovuşdu. 2023-cü il sentyabrın 29-da başlayan və cəmi bir neçə saat çəkən anti-terror əməliyyatı ilə Xankəndi və ətraf ərazilərdə yerləşmiş erməni terorçu qüvvələr tamamilə sıradan çıxarıldı və terrorçuların ideoloqlarının böyük hissəsi həbs olunaraq Azərbaycanın istintaq orqanlarına təhvil verildilər. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinə qarşı ittiham irəli sürülüb. Artıq onların hər biri layiqli cəzalarını alıblar. Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.Gözləmək olardı ki, hərbi canilər onlara qarşı çıxarılan məhkəmə hökmünü ədalətli hesab edərək, sumağa və cəzalarını çəkməyə məcbur olacaq. Lakin erməni həyasızlığı bu dəfə də özünü nümayiş etdirdi. Azərbaycanda hüquqi, demokratik məhkəmə sisteminin olmasından istifadə edən Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri cəzalarının yüngülləşdirilməsi xəyalı ilə Bakı Hərbi Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

İyunun 2-də Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətləri üzrə məhkəmə baxışı keçirilib. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

İbtidai istintaq və məhkəmə baxışı zamanı kifayət qədər şahid dindirilib və onlar əvvəlki ifadələrini yenidən təsdiqləyiblər

Təqsirləndirilən şəxslər tərcüməçilərə, məhkəmə kollegiyasına, müdafiəçilərə, dövlət ittihamını müdafiə edən prokurorlara, həmçinin nümayəndələrə etiraz etmədiklərini bildiriblər. Təqsirləndirilən şəxslərə cinayət-prosessual qanunvericilikdə müəyyən edilən tutulmuş hüquq və vəzifələri təkrarən izah olunub. David Babayan özü tərəfindən, digər təqsirləndirilən şəxslər isə müdafiəçiləri tərəfindən verilən apellyasiya şikayətlərini müdafiə etdiklərini deyiblər.

Sədrlik edən şikayətlər üzrə təqsirləndirilən şəxslərin mövqelərini öyrəndikdən sonra qaldırılan vəsatətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti mərhələdə müzakirə ediləcəyini bildirib. Təqsirləndirilən şəxslər apellyasiya şikayəti üzrə bəzi dəqiqləşdirmələrin aparılması, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) Aparatından nümayəndənin məhkəmə iclasında iştirak etməsi, şahidlərin dindirilməsi və digər məsələlər barədə müvafiq vəsatətlər veriblər.

Dövlət ittihamını müdafiə edən prokuror Sevinc Qasımova vəsatətlərə münasibət bildirərək qeyd edib ki, Ombudsman Aparatının nümayəndəsi hazırkı məhkəmə prosesində proses tərəfi deyil. Həmin qurumun nümayəndəsi ictimai əsaslarla açıq məhkəmə iclasında iştirak edə bilər. Qanunvericiliyə əsasən Ombudsman və ya Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin saxlanılma şəraiti, eyni zamanda, digər hallarla bağlı yerində tanış ola və preventiv tədbirlər görə bilərlər. Həmçinin qeyd olunub ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı kifayət qədər şahid dindirilib və onlar əvvəlki ifadələrini yenidən təsdiqləyiblər. Qanunvericiliyə əsasən, birinci instansiyada təqdim edilməmiş yeni sübutların apellyasiya mərhələsində qəbul olunması üçün əvvəllər təqdim edilə bilməmə səbəblərinin əsaslandırılmalı olduğu xatırladılıb.

Qeyd olunub ki, yeni şahidlərin dindirilməsi barədə vəsatət verilərkən həmin şəxslərin konkret anket məlumatları təqdim edilməli olduğu halda, müdafiə tərəfi bu məlumatları göstərə bilməyib. Bundan başqa, ittiham tərəfi vurğulayıb ki, sübutların lüzumsuz toplanılması məhkəmə prosesinin uzadılmasına və süründürməçiliyə gətirib çıxarmamalıdır.Bu səbəblərdən dövlət ittihamını müdafiə edən prokuror prosesin lüzumsuz yerə uzanmaması üçün verilən vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxslərin nümayəndələri də dövlət ittihamını müdafiə edən prokurorun mövqeyi ilə razı olduqlarını bildiriblər. Məhkəmə iclasında, həmçinin vurğulanıb ki, vəsatətlərdən biri də iclas protokolları və iş materialları ilə elektron qaydada tanış olmaqla bağlı idi. Burada heç bir məhdudiyyət yoxdur və istənilən proses iştirakçısı müraciət edərək sənədlərlə tanış ola bilər.

Daha sonra məhkəmə kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra qəbul edilmiş qərarlar elan olunub və müdafiə tərəfinin vəsatətlərinin qismən təmin edildiyi bildirilib. Bütün bunlar bir daha onu təsdiq edir ki, Azərbaycanda nümunəvi hüquqi, azad məhkəmə sistemi mövcuddur. Bunundan istifadə edən erməni caniləri yenidən xaricdəki erməni terrorçu xislətli diasporanın diqqətini özlərinə cəlb etmək üçün appelyasiya məhkəməsinə müraciət ediblər. Ancaq unudulmamalıdır ki, ədalət tərəzəsi heç zaman pozula bilməz. Erməni caniləri nə fikirləşmələrindən, hansı məkrli niyyət güdmələrindən asılı olmayaraq Apellyasiya Məhkəməsi Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünü qüvvədə saxlayacaq.

İ.ƏLİYEV