NATO-nun Rusiya ilə sərhəd yaxınlığında təlimləri başlayıb

8 İyun 2026 11:35 (UTC+04:00)

NATO Rusiya ilə həmsərhəd ölkələrin hava qüvvələrinin iştirak etdiyi "Ramstein Flag 2026" təliminə başlayıb. Alyansın Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat xidmətindən verilən məlumata görə, manevrlər iki həftə davam edəcək.

Təlimdə qırıcı təyyarələr, Boeing E-3A təyyarələri, RQ-4D Phoenix pilotsuz uçuş aparatları, eləcə də nəqliyyat, yanacaqdoldurma, kəşfiyyat və müşahidə vasitələri də daxil olmaqla 200-dən çox təyyarə iştirak edir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, magistral hissələr də daxil olmaqla 20-dən çox ərazidən gündəlik 150-yə qədər uçuş planlaşdırılır.

Manevrlərin əsas mərhələləri Danimarka, Norveç, İsveç, Finlandiya və İspaniyada keçiriləcək.

NATO təlimlərin alyansın şərq cinahının müdafiəsini gücləndirmək üçün "Şərq Mühafizəçisi" proqramının bir hissəsi kimi keçirildiyini vurğulayıb.

May ayında Serbiya NATO ilə ilk birgə hərbi təlimini keçirib. Manevrlərdə Serbiya, İtaliya, Rumıniya və Türkiyədən təxminən 600 hərbçi iştirak edib. ABŞ, Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla bir neçə NATO ölkəsindən müşahidəçilər prosesi izləyiblər

Lətifə Abdıyeva