Qazaxıstan Prezidenti Paşinyanı Vətəndaş Müqaviləsi Partiyasının Ermənistan parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etdi. Ermənistan xalqına dövlətçiliyinin inkişafında uğurlar, eləcə də sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistan Baş naziri Nikol Paşinyana Vətəndaş Müqaviləsi Partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.
Tokayev öz mesajında qeyd edib ki, beynəlxalq müşahidəçilərin əksəriyyətinin ilkin məlumatlarına görə, Ermənistanda seçki prosesi açıq şəkildə, ölkənin mövcud qanunvericiliyinə tam uyğun olaraq və vətəndaşların iradəsini sərbəst ifadə etmək üçün bütün zəruri şərait yaradılmaqla keçirilib.
Kasım-Jomart Tokayev Nikol Paşinyana Ermənistanın uzunmüddətli milli maraqlarının reallaşdırılmasına yönəlmiş işində uğurlar arzulayıb.
Tokayev vurğulayıb ki, "Qazaxıstan qarşılıqlı maraq doğuran bütün sahələrdə dost Ermənistanla fəal əməkdaşlığı davam etdirməyə hazırdır".