" Hökuməti təkbaşına quracam" - Paşinyan qələbəsini ELAN ETDİ!

8 İyun 2026 03:16 (UTC+04:00)

Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi yekun nəticələri hələ açıqlanmasa da, hazırkı Baş nazir Nikol Paşinyan artıq qələbəsini elan edib. Belə ki, Paşinyan mətbuat konfransına məzmur (psalm) oxumaqla başlayıb və rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdə qalib gəldiyini bildirib.

O, partiyasının hökuməti təkbaşına formalaşdıracağını bəyan edib. Paşinyanın çıxışı zamanı özünəinamlı və qətiyyətli mövqe nümayiş etdirməsi diqqət çəkib.

Mətləb