Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri artıq açıqlanmağa başlanılıb. Ermənistanın Infocom platformasının açıq məlumatlar əsasında apardığı hesablamalar və erməni Telegram kanallarında yayılan ilkin nəticələr Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının böyük üstünlüklə irəlidə olduğunu göstərir.
İlkin hesablamalara görə, hakim partiya səslərin 70,4 faizini toplayır. Əsas rəqib hesab edilən “Güclü Ermənistan” bloku 17,1 faizlə ikinci yerdə qərarlaşıb. Robert Köçəryanın təmsil olunduğu “Ermənistan” bloku 6,8 faiz, Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası isə 3,5 faiz səs əldə edir.
Mətləb