Ronaldo qol üzünə həsrət qalıb...

8 İyun 2026 02:20 (UTC+04:00)

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu son iki ildə ilk dəfədir ki, Portuqaliya millisinin heyətində ardıcıl iki oyunda qol vura bilmir. İyunun 6-da Portuqaliya yığmasının Çili millisinə qarşı keçirdiyi matçda (2:1) komandanın kapitanı Ronaldu qolsuz seriyasını uzadıb.

Ulduz portuqaliyalı yoldaşlıq oyununda fərqlənə bilməyib, bu isə o deməkdir ki, Ronaldu ardıcıl iki oyunda və son dörd görüşün üçündə qol vura bilməyib.

Mətləb