Ağdaşda su kanalından meyit tapıldı

8 İyun 2026 00:20 (UTC+04:00)

Ağdaş rayonunda bədbəxt hadisə baş verib. SİA APA-ya istinadən xəbər verir ki, rayonun Dəhnəxəlil kənd sakini, 1963-cü il təvəllüdlü Gündüz Şirəli oğlu Mustafayev kənd ərazisində yerləşən su kanalında ölü vəziyyətdə aşkarlanıb.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətləb