..."Güclü Ermənistan" müxalifət bloku Ermənistan parlament seçkilərində lider kimi ortaya çıxdı.
SİA xəbər verir ki, bu məlumatlar Regnum tərəfindən müstəqil exit-polldan əldə edilib.
“Güclü Ermənistan”ın səslərin 31,1 faizini topladığı bildirilir. Bu arada, "Vətəndaş müqaviləsi" partiyası səslərin 24,5 faizini, "Ermənistan Bloku" isə 20,9 faizini toplayıb.
"Birlik qanadları" partiyası səslərin 5,8 faizini, "Çiçəklənən Ermənistan" isə 5,3 faizlə sonuncu yerdə qərarlaşıb.
Keçmiş prezident Robert Köçəryanın sözlərinə görə, hazırkı hakimiyyət müxalifətlə mübarizə aparmaq üçün bütün "repressiv mexanizmi" işə salıb.
Əli Babayev