"Bir dəfə də olsun məni sevmədi" - Hollivud ulduzu anasından şikayətləndi...

7 İyun 2026 23:29 (UTC+04:00)

67 yaşlı Hollivud ulduzu Şeron Stoun mərhum anası ilə münasibətlərindən, anasından gördüyü soyuq münasibətdən danışıb. Tanınmış aktrisa "The Person Who Believed in Me" podkastında uşaqlıq illərinə dair səmimi etiraflar edib. "Ondan bir dəfə də olsun "Səni sevirəm" sözünü eşitmədim" deyə, Stoun anası barədə danışarkən bildirib.

Aktrisanın sözlərinə görə, münasibətlərindəki problemlər atasının ölümündən bir neçə ay əvvəl valideynlərinin onun evinə köçməsi ilə daha da qabarıq şəkildə üzə çıxıb. O qeyd edib ki, anası özünü daim bacarıqsız hiss edir, bu isə onda qəzəb və narazılıq yaradırdı.

Mətləb