Moskvada yaşayış binasının damına “Pantsir” qoyulub..?

7 İyun 2026 19:34 (UTC+04:00)

...Hava hücumundan müdafiə vasitələri Rusiya paytaxtında cəmləşməyə davam edir.

SİA xəbər verir ki, dialog.ua saytının məlumatına görə, onlar tez-tez birbaşa yaşayış və kommersiya binalarının damlarında yerləşdirilir.

Məsələn, 5 iyunda hərbi qulluqçular Moskvanın şimal-şərqindəki Sokolniki House çoxmərtəbəli yaşayış kompleksinin damına “Pantsir” zenit-raket sistemini yerləşdirmək üçün vertolyotdan istifadə ediblər.

Binada qısa və orta mənzilli dronlarla mübarizə aparmaq üçün hazırlanmış raketlərlə təchiz olunmuş “Pantsir-SMD-E” sisteminin ixtisaslaşmış anti-dron modifikasiyası yerləşmiş ola bilər.

Bu cür sistemlər sistemin standart versiyalarından daha çox dronlara qarşı təsirlidir.

Aydındır ki, paytaxtda hava hücumundan müdafiə vasitələrinin artan konsentrasiyası Rusiya ərazisinin dərinliklərindəki hədəflərə edilən PUA hücumlarının sayının artması ilə əlaqədardır.

Əli Babayev