Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb

7 İyun 2026 15:46 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.

Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən SİA-ya bildirilib ki, bəzi dağlıq və dağətəyi zonalarda yağıntı müşahidə olunur.

Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri 5 millimetr təşkil edib.