ABŞ Müdafiə naziri Pete Heqset hesab edir ki, Avropa müttəfiqləri “təhlükəli ideologiyalar” tərəfindən işğal olunur. Pentaqon rəhbəri bu açıqlamanı Fransada Normandiyaya Müttəfiqlərin desant çıxarmasının 82-ci ildönümünü qeyd etmək üçün keçirilən tədbirdə çıxış edərkən verib.
O, bildirib ki, “digər Avropa sahilləri...“təhlükəli ideologiyalar”ın hücumuna məruz qalır”.
SİA-nın əldə etdiyi məlumata görə, Avropa ölkələrinə qanunsuz immiqrasiyaya toxunaraq, o, “qayıqlar və insanlar İspaniya, İtaliya, Bolqarıstan, Yunanıstana gəlir...” deyə qeyd edib.
“Avropa paytaxtları nə vaxt bir şey edəcək?” - deyə düşündü. “Yoxsa artıq çox gecdir? Düşünürəm ki, yox”, Heqset cavab
verib.
ABŞ müttəfiqlərini dəstəkləməklə onlardan “dəstək verməyə qadir və istəkli” olmalarını gözləyir.
Əli Babayev