Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinal oyununa çıxır

7 İyun 2026 09:13 (UTC+04:00)

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti oyununa bu gün çıxacaq.

SİA-nın məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.