"Jiquli" ağaca çırpılıb, sürücü ölüb

7 İyun 2026 04:05 (UTC+04:00)

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonunun Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobili ağaca çırpılıb. Qəza nəticəsində o, hadisə yerində ölüb. Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb