Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib. Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb. Komanda növbəti mərhələdə Fransa - ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.
Mətləb