Cüdoçularımızdan Avropa turnirində 2 medal

7 İyun 2026 02:20 (UTC+04:00)

Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub.

Belə ki, Fidan Əlizadə (63 kq) gümüş medal qazanıb, Madina Kaisinova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Bu gün daha 5 qadın cüdoçumuz mübarizəyə qoşulacaq.

Mətləb