Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 41 % artıb

6 İyun 2026 16:26 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 385 milyon 527 min ABŞ dolları təşkil edib.

SİA Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 % çoxdur.

Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 45 % artaraq 340 milyon 256 min dollar dollar, bu ölkədən idxalının dəyəri isə 19,1 % artaraq 45 milyon 270 min dollar olub.

Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 5,2 %-i qədər olub. O cümlədən, Gürcüstana ixrac ümumi ixracın 2,8 %-ni , Gürcüstandan idxal isə ümumi idxalın 0,8 %-ni təşkil edib.