Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

6 İyun 2026 15:36 (UTC+04:00)

Gəncədə “Avropa İttifaqı ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi - 2026” tədbirinin rəsmi açılışı mərasimi keçirilib.

SİA xəbər verir ki, mərasimdən əvvəl qonaqlarla Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi arasında görüş olub. Görüşdə Avropa İttifaqı və Azərbaycanın 30 illik əməkdaşlığı və tərəfdaşlığı barədə söhbət açılıb.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyi və Aİ-yə üzv dövlətlərin diplomatlarının iştirakı ilə Heydər Əliyev Parkında ağacəkmə aksiyası keçirilib.

Aksiyadan sonra şəhərin baş meydanında “Avropa Şəhərciyi - 2026” tədbirinin rəsmi açılışı mərasimi olub. Qonaqlar qurulan stendlərlə tanış olublar.