Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib

6 İyun 2026 09:06 (UTC+04:00)

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, VAZ-2106 markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.