"Bütün ambulans parkları yenilənəcək" - TƏBİB

6 İyun 2026 00:20 (UTC+04:00)

Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, prosesin məqsədi təcili tibbi yardım xidmətinə əlçatanlığı tələb olunan səviyyədə təmin edərək xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etməkdir.

Mətləb