Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir

5 İyun 2026 12:53 (UTC+04:00)

Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəlləsində bəzi dəyişiklik edilir. SİA-nın verdiyi xəbərə görə, bununla bağlı qanun layihəsi parlamentin iyunun 5-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılacaqlar.

Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində şəxsin göstərilən müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edəcək.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.