Azərbaycanlı gənc fəal Aymar Babayev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasına “Gənc Lider” təyin edilib. O, bu nüfuzlu vəzifəyə seçilən yeganə məktəbli kimi diqqət çəkir.
SİA xəbər verir ki, təyinat Aymar Babayevin dayanıqlı urbanizasiya, şəhərsalma və gənclərin qərarvermə proseslərində iştirakının təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin nəticəsidir.
Onun beynəlxalq səviyyədə fəallığının daha da artması bu il Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu çərçivəsində baş verib. Forum zamanı Aymar Babayev UN-Habitat Assambleyasının Prezidenti Nga Kor Minq ilə birgə fəaliyyət göstərərək gənclərin qlobal qərarların qəbulunda iştirak imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüslərdə yer alıb.
“Gənc Lider” vəzifəsi gənclərin səsinin beynəlxalq səviyyədə eşidilməsinə, daha inklüziv, ədalətli və ekoloji baxımdan dayanıqlı şəhər mühitlərinin formalaşdırılmasına töhfə verməyi hədəfləyir.
Aymar Babayev təyinatla bağlı UN-Habitat Assambleyasının Prezidenti Nga Kor Minqə, həmçinin Assambleya Prezidentinin və COP31-in yüksək səviyyəli çempionunun müşaviri Neil Khor Dr. Neil Khora göstərdikləri etimada, mentorluğa və dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Aymar Babayev hazırda beynəlxalq proqramlar və urbanistika sahəsində fəaliyyətini davam etdirir. O, gələcəyin şəhərlərinin qurulmasında gənclərin rolunun artırılması məqsədilə yeni platformalar üzərində çalışır.