“1 yaşa qədər dövr sağlam inkişafın ən məsuliyyətli dövrüdür. Bu dövrdə uşaqlara aşağıda sadaladıqlarımız içkilər qəti şəkildə məsləhət görülmür”.
Bu sözləri SİA-ya açıqlamasında pediatr Sahib Cəfərov deyib.

O əsas içkiləri qeyd edib:
-0-6 ay- Ana südü( və ya həkim məsləhətinə uyğun süd qarışıqları)
-6-12 ay Ana südü ilə bərabər az miqdar su verilə bilər.
Bəs nələri vermək qətiyyən məsləhət deyil:
İnək südü və ya keçi südü
-1 yaşa kimi əsas içki kimi verilməməlidir
-Dəmir defisitli anemiya riskini artırır
-Körpənin böyrəklərinə əlavə yük yarada bilir.
Meyvə şirələri:
-Hətda 100% təbii şirələr də olmaz
-İshal,köp,qarın ağrıları verə bilir,körpənizin mikrobiotasını əsaslı şəkildə pozur, immunitetə əsaslı zərbədir
-Diş çürüməsinə səbəb olur.
Şəkərli içkilər
-kompotlar
-şirin çay
-qazlı içkilər
-paketlənmiş meyvə şirələri.
Bal əlavə edilmiş içkilər
-1 yaşa qədər bal vermək olmaz,botulizm kimi çox ağır xəstəliyə səbəb ola bilər.
Bitki çayları:
-qara çay
-yaşıl çay
-qəhvə
-enerji içkiləri
Bunlar sinir sisteminə və yuxuya mənfi təsir edir.
-Pasterizə olunmamış süd və süd məhsullarından hazırlanmış içkilər olmaz-bağırsaq infeksiyaları riki olduğu üçün.
Ayşən Vəli