Hakan Fidan və Qətərin xarici işlər naziri ABŞ-İran danışıqlarını müzakirə ediblər

5 İyun 2026 12:10 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefon danışığı aparıb.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iyunun 4-də baş tutan söhbət zamanı ABŞ və İran arasında davam edən danışıqların cari vəziyyəti, eləcə də tərəflərin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, danışığın əsas mövzularından biri Vaşinqton və Tehran arasında aparılan diplomatik proses və mümkün razılaşma perspektivləri olub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trump daha əvvəl Vaşinqton və Tehran arasında danışıqların müsbət məcrada davam etdiyini bildirərək, tərəflər arasında razılaşmanın yaxın günlərdə, hətta bu həftəsonu əldə oluna biləcəyini qeyd etmişdi.

Lətifə Abdıyeva