Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb

5 İyun 2026 11:00 (UTC+04:00)

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb. SİA xəbər verir ki, iclasın gündəliyinə 8 qanun layihəsi daxil edilib.

İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.

Qeyd edək ki, Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən çağırılır.