Yığmamız Dünya Kubokunda Litva ilə qarşılaşacaq

5 İyun 2026 10:49 (UTC+04:00)

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti matçını keçirəcək. SİA-nın məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gələcək.

Qarşılşama saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19.