ABŞ-dan Kubanın siyasi rəhbərliyinə qarşı genişmiqyaslı sanksiyalar...

5 İyun 2026 08:59 (UTC+04:00)

...ABŞ Kubanın siyasi rəhbərliyinə qarşı yeni iqtisadi sanksiyalar elan etdi. Məhdudiyyətlər hazırkı prezidentə, onun yaxın ətrafına və Kastro ailəsinin üzvlərinə yönəlib.

SİA xəbər verir ki, bu barədə The Guardian qəzeti yazıb.

Bu dəfə ABŞ Maliyyə Nazirliyinin sanksiyaları birbaşa kommunist rejimi liderlərinin ailələrini hədəf alıb.

Yenilənmiş məhdudiyyətlərin siyahısı gözlənilmədən geniş olub.

Aşağıdakı şəxslər və qurumlar qara siyahıya salınıb:

-keçmiş prezident Raul Kastronun oğlu və nəvəsi;

-Kubanın hazırkı prezidenti Migel Dias-Kanel;

-Kuba liderinin həyat yoldaşı və ögey oğlu;

-Kuba İnqilabi Silahlı Qüvvələri Nazirliyi.

Raul Kastro artıq adada rəsmi vəzifələr tutmasa da, ölkənin siyasi gələcəyini müəyyən edən əsas fiqur olaraq qalır.

İndi maliyyə məhdudiyyətləri onun yaxın ailəsinə də şamil edilib.

ABŞ Dövlət Katibi Marko Rubio beynəlxalq ictimaiyyəti maliyyə məhdudiyyətlərinin bloklanmış qurumlara və ya şəxslərə kömək etməyə çalışan hər kəsə təsir edəcəyi barədə xəbərdar edib.

Rubio qeyd edib ki, ABŞ Kubanın təxribatçı və radikal əməliyyatlarını dəstəkləyən və maliyyələşdirən şəbəkəni hədəf alır.

...Bu sanksiyalara məruz qalan qurumlara xidmət göstərən hər kəs özü sanksiya riski altındadır. Bu təşkilatlara xidmət göstərən xarici banklar və digər şirkətlər fəaliyyətlərini dondurmalıdırlar, - deyə Rubio bildirib.

Kuba ordusundan əlavə, Kuba Xalqlarla Dostluq İnstitutu, Kuba Amistura və İnqilabın Müdafiəsi Komitələri də sanksiyalar blokundan zərər çəkib.

Əli Babayev