...Vladimir Putin Rusiyanın "Ukraynada olmayan" hava hücumundan müdafiə sisteminə malik olduğuna inanır.
SİA-nın əldə etdiyi məlumata görə, Kreml lideri bu açıqlamanı xəbər agentliklərinin rəhbərləri ilə görüşdə verib.
Putinin sözlərinə görə, "Qərb sponsorları" Ukraynaya çox sayda, o cümlədən uzaqmənzilli dronlar təchiz edir.
…Təəssüf ki, bəziləri uğur qazanır, amma Rusiyanın hava hücumundan müdafiə sistemi var. Bəli, biz onu təkmilləşdirməliyik. Bəli, biz onu gücləndirməliyik və bunu edəcəyik. Amma Ukraynada ümumiyyətlə belə bir sistem yoxdur. Sadəcə bəzi fərdi elementlər var, amma sistem yoxdur, - deyə Vladimir Vladimiroviç öyünərək bildirib.
Əli Babayev