Rusiyanın müdafiə naziri Andrey Belousovun oktyabr ayında Bakıya səfəri planlaşdırılır. SİA Unikal-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) Rusiya-Azərbaycan sessiyasında bildirib.
“Rusiya müdafiə naziri cənab Belousov üçün açıq dəvətnaməmiz var. Onun bu ilin oktyabr ayında Bakıya səfərini səbirsizliklə gözləyirik", - diplomat qeyd edib.
O, səfərin çox vacib və güclü bir təkan ola biləcəyini vurğulayıb: "Çünki bu, həssas qarşılıqlı əlaqə sahəsidir. Əlbəttə ki, burada nə qədər sıx və fəal işləməyimiz münasibətlərin və ikitərəfli əməkdaşlığın ümumi səviyyəsini müəyyən edəcək".