Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçirilib.
SİA Muğan bürosunun məlumatına görə, yarmarka Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutub.
Yarmarkada işsiz və işaxtaran şəxslərə müvafiq vakansiyalar təqdim edilib.
Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən tərcümeyi-halları qəbul edilərək nəzərdən keçirilib.
Uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.