“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırıb

4 İyun 2026 14:34 (UTC+04:00)

“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb.

Klubdan SİA-ya bildirilib ki, 27 yaşlı müdafiəçi ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib.

2020-ci ildən “Sabah”ın formasını geyinən oyunçu bu müddət ərzində 186 matçda 7 qolla yadda qalıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Amin Seydiyev Bakı təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanıb.