Dermatoloqlar bərk sabundan istifadə etməzdən əvvəl onun səthində ola biləcək bakteriyaları təmizləmək üçün sabunu əvvəlcə əllərdə köpürtməyi tövsiyə edirlər.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə Mütəxəssislərin fikirlərinə əsasən, keçmişdə dəridə yaranan quruluq əsasən pH balansı düzgün tənzimlənməmiş formulalarla bağlı idi. İndi isə bir çox istehsalçı bu problemi aradan qaldırıb. Bunu ABŞ-ın Duke Universitetinin dermatologiya üzrə dosenti və sertifikatlı dermatoloq doktor Uilyam Huanq da təsdiqləyir.
Bərk sabunlarla bağlı geniş yayılmış yanlış təsəvvürləri aydınlaşdırmaq üçün üç sertifikatlı dermatoloqla danışılıb. Mütəxəssislər bərk sabunların maye duş vasitələrinə nisbətən üstünlüklərindən və seçim zamanı diqqət edilməli məqamlardan bəhs ediblər. Eyni zamanda bir sıra məşhur məhsullar da sınaqdan keçirilib.
Ümumilikdə dermatoloqların əksəriyyəti həssas dərilər üçün nəzərdə tutulmuş Dove Sensitive Skin sabununu tövsiyə edir.
Arizona ştatının Skottsdeyl şəhərində fəaliyyət göstərən Modern Dermatology klinikasının dermatoloqu Maya K. Tosaninin sözlərinə görə, bu sabun dərini qıcıqlandırmadan effektiv şəkildə təmizləyir. Məhsulun tərkibində təmizləyici komponentlərlə yanaşı, Dove-ın nəmləndirici kremi də yer alır ki, bu da dərinin qurumasının qarşısını almağa və nəmini qorumağa kömək edir.
Lətifə Abdıyeva