Rusiyadan nüvə silahı ilə bağlı sərt xəbərdarlıq: “Bizi sınağa çəkməyin”

4 İyun 2026 11:38 (UTC+04:00)

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin ərazi bütövlüyünə qarşı ciddi təhdid yaranacağı təqdirdə nüvə silahından istifadə edə biləcəyini bildirib.

Ryabkov bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb. O qeyd edib ki, nüvə silahından istifadə ilə bağlı hallar Rusiyanın hərbi doktrinasında açıq şəkildə müəyyənləşdirilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya rəsmisinin sözlərinə görə, nüvə silahına malik olmayan dövlətlər də daxil olmaqla, hər hansı tərəfin Rusiyanın ərazi bütövlüyünə qəsd etməsi ən pis ssenaridə nüvə cavabı ilə nəticələnə bilər.

Sergey Ryabkov bu məsələnin ciddi qəbul edilməsinin vacibliyini vurğulayaraq, Rusiyanın bu mövzuda qətiyyətini sınağa çəkməyə çalışmamağa çağırıb.

Onun açıqlamaları beynəlxalq təhlükəsizlik və nüvə silahları ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə diqqət çəkib.

Lətifə Abdıyeva