Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb. Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gəlib.
"Tipos Arena"da keçirilən oyunun əsas vaxtında qalib aşkarlanmayıb - 1:1. Xətai Bağırov 12-ci dəqiqədə hesabı açsa da, serblər 7 dəqiqə sonra cavab qolunu vurublar. Belədə oyunun taleyi penaltilər seriyasında həll olunub.
Yığmamızın heyətində Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarovun zərbələri dəqiq alınıb. Penaltilər seriyasında 3:1 hesablı qələbə qazanan Azərbaycan millisi finala yüksəlib. Həlledici qarşılaşmada
Mətləb