Macarıstan və Ukrayna Zakarpatye ərazisindəki macar etnik azlığının hüquqlarına dair razılıq əldə edib. Bu barədə Macarıstanın Baş naziri Peter Madyar "Facebook" sosial şəbəkəsində yazıb. "Mühüm xəbərim var. Üç həftə ərzində biz (əvvəlki baş nazirin - red.) komandasının 10 il ərzində nail ola bilmədiyinə nail ola bildik.
Biz Ukrayna ilə 100 minlik macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarının genişləndirilməsi barədə hərtərəfli razılaşma əldə etdik. Bu razılaşma ekspertlər səviyyəsində bir neçə həftə davam edən və Zakarpatye macarlarının siyasi təşkilatlarının, həmçinin kilsələrin də iştirak etdiyi intensiv Macarıstan-Ukrayna danışıqlarının nəticəsi oldu", - o qeyd edib.
Mətləb