Türkiyə bu türk ölkəsi ilə ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq

4 İyun 2026 02:05 (UTC+04:00)

Türkiyə daha bir türkdilli dövlətlə ticarət dövriyyəsini yüksəltməyi hədəfləyir. Söhbət Türkmənistandan gedir. Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türkmənistanla İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 9-cu iclası ərəfəsində iş adamları ilə görüşündə bəyan edib ki, rəsmi Ankara dost və qardaş Türkmənistan ilə yaxın əməkdaşlıq şəraitində işləməyə davam edəcək. SİTAT: "Bu istiqamətdə prezidentlərimiz tərəfindən müəyyən edilmiş 5 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımların sürətləndirilməsi gündəmimizin ən mühüm mövzularından biri olacaq", - C. Yılmaz vurğulayıb.

Mətləb