Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “İnterfaks” agentliyinə açıqlamasında Ermənistanı hədəf alan bəyanat səsləndirib. O qeyd edib ki, AB ilə inteqrasiya, hətta şaxələndirmə adı altında belə, Aİİ və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir. Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana aparacaq.
SİTAT: “Açıq şəkildə demək istəyirəm: biz Ermənistanın AB ilə əlaqələrinin genişləndirilməsini, Avropa standartlarına keçidin yumşaldılmasını və sonrakı iqtisadi böhrandan qurtuluşunu maliyyələşdirməyəcəyik”, - o bildirib.
Mətləb