Dilan Polata ŞOK - istirahət etdiyi oteldə mühafizəçisi öldürüldü!

3 İyun 2026 23:28 (UTC+04:00)

Türkiyədə sosial media fenomenləri Dilan Polat və Engin Polatın istirahət etdiyi oteldə silahlı insident baş verib. Türkiyə mətbuatının yazdığına görə, hadisə İzmirin Alaçatı bölgəsində yerləşən otellərdən birində qeydə alınıb. Məlumata görə, Engin Polatın əmisi oğlu və eyni zamanda cütlüyün mühafizəçisi olduğu bildirilən 37 yaşlı Can Polat silahlı hücuma məruz qalıb. Ağır yaralanan Can Polat hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Dilan Polat sosial şəbəkədə canlı yayım açaraq Can Polatın vurulduğunu bildirib və yardım çağırışı edib.

Mətləb