Rus deputat Ukrayna Silahlı Qüvvələrinin üstünlüyünü elan etdi...

3 İyun 2026 18:36 (UTC+04:00)

...Bazar ertəsi, 1 iyun tarixində, “Vahid Rusiya”dan olan deputat Andrey Qurulevin Telegram kanalında cəbhədəki vəziyyətlə bağlı bir paylaşım dərc edilib.

Həmin paylaşımda o, Ukrayna Silahlı Qüvvələrinin "mövqe durğunluğu" və texnoloji üstünlüyü, eləcə də Rusiyanın ilhaq etdiyi Krımdakı yanacaq böhranı barədə düşünüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Meduza yazır.

Nəşr bildirib ki, paylaşımda digər məsələlərlə yanaşı, Rusiya qüvvələrinin irəliləməsinin “metr və meşə zolaqları ilə ölçüldüyü” və 2026-cı ilin payızı üçün “genişmiqyaslı səfərbərlik” elan edildiyi bildirilir.

Mətnə görə, “bu məsələ ilə bağlı fundamental qərar artıq verilib”.

Post “qərar qəbul etmək və onları ciddi şəkildə həyata keçirmək” çağırışı ilə bitir.

Postdan qısa müddət sonra Qurulev Max messencerində onun Telegram kanalının "oğurlandığını" və "düşmənlərin ondan mesajlar yaydığını" bildirib.

Qeyd edək ki, Telegram paylaşımı hələ silinməyib.

RTVI-nin məlumatına görə, Qurulovun Telegram kanalı may ayının sonlarında haker hücumuna məruz qalıb.

Fırıldaqçılar deputatın adını çəkərək təcili kriptovalyuta transferi tələb edən şəxsi mesajlar göndəriblər.

Bundan əlavə, kanal kriptovalyutada təcili ianə toplama kampaniyası haqqında, guya Hava-Desant Qüvvələri üçün dronların alınması ilə bağlı bir paylaşım dərc edib.

Post daha sonra silinib. Deputatın köməkçisinin sözlərinə görə, kanala giriş hələ də bərpa edilməyib.

Əli Babayev