Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "İNPEX" şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası imkanları nəzərdən keçirilib.
SİA SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr bu gün "Bakı Enerji Həftəsi" çərçivəsində şirkətin prezidenti Rövşən Nəcəf və "INPEX" şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono ilə görüşdə aparılıb.
Görüşdə "INPEX" şirkətinin Azərbaycanın təşəbbüsü ilə icra olunan layihələrdəki fəal iştirakı, o cümlədən SOCAR ilə uğurlu əməkdaşlığı məmnunluqla qeyd olunub.
Söhbət zamanı təcrübə mübadilələrinin aparılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.