Yasamalda marketlərdən oğurluq edən şəxslər saxlanılıb

3 İyun 2026 13:17 (UTC+04:00)

Yasamal rayonu ərazisində yerləşən marketlərdən oğurluq edilib. Nəticədə zərərçəkənlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan dəyib.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazırliyinin mətbuat xidmətindən məlumat verirlib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı R.Gözəlov və 44 yaşlı Z.Baxışzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.