Avropada islamofobiya hakimiyyətlərin göstərişləri ilə həyata keçirilir - TƏHLİL

3 İyun 2026 13:16 (UTC+04:00)

Son illərdə Avropanın əksər bölkələrində islama qarşı amansız təqiblər, təhdidlər yaşanır. Müsəlman kəslər inanclarına görə polis əməkdaşlarının gözü qarşısında yerli əhali tərəfindən döyülür, söyülür və alçaldılırlar. Fransa, Niderland, Almaniya kimi nasizmin dərin kök saldığı quruluşlarda parlamentlər səviyyəsində müsəlmanların ibadət azadlığını məhdudlaşdıran çoxsaylı qanunlar qəbul edilir. Separtçı qanunlar təsdiq edir ki, islama qarşı dövlətlər səviyyəsində təpkilər və zorakılıqlar mövcuddur. Həm də üzə çıxan fakt ondan ibarətdir ki, Avropada islamofobiya amansız xarakter alıb. Qarşısı alınmasa daha təhülükəli vəziyyət yarana bilər. Bəzən zorakılıq halları o dərəcə də amansız xarakter alır ki, qudurğan polislər müsəlmanları silahdan açılan atəşlə öldürürlər.

Müsəlmanlara qarşı törədilər vəhşiliklər dünyaca məşhur hüquq müdafiəçilərini və ictimai xadimləri ciddi narahat edir. "Hüman Rigs" beynəlxalq insan hüquqlarının müdafiə təşkilatı vicdana gələrək açıqladığı hesabatında etiraf edib ki, dünyada insan azadlıqlarının pozulması halları daha çox ABŞ və Avropa ölkələrində baş verir. Təşkilatın yaydığı hesabatında bildirilir ki, ABŞ-da 24678 nəfər, Almaniyada 13860 nəfər, Fransada 9234 nəfər, Niderlanda 7698 nəfər, Belçikada 7543 nəfər, Yunanıstanda isə 6589 nəfər müsəlman dini inancına görə, polislərin, eləcə də yerli əhalinin təhqirlərinə və zorakılıqlarına məruz qalıb.

İslam dini üzrə fransız ekspert, psixoanalitik Abdesalem Sami bildirib ki, fobiya əsassız qorxudur, yəni, obyektiv deyil, subyektivdir. İslamofobiya köhnə qorxudur. Bu, patologiyadır, xəstəlikdir, problemdir. A.Sami islamofobiyanın səbəblərindən danışaraq, bunun fərdlərlə də bağlı olduğunu bildirib. Deyib ki, islamofobiya bəzi insanların müsəlmanlara xoşagəlməz münasibətindən də yarana bilər. Məsələn, İsveçdə müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim"in yandırılması həmin hadisəni törədən şəxsin hər hansısa müsəlmanla mənfi münasibətinin təzahürü ola bilər. Bu hadisə baş verdikdən bir müddət sonra unudula da bilər. Ancaq müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, bu gün baş verənlər islamofobiyanın təşviq edildiyini aydın şəkildə göstərir. İslamofobiya hərəkətlərlə, sözlərlə, hətta yazılı şəkildə təbliğ edilir. İslamofobiya üzrə ixtisaslaşmış mətbuat orqanları var. Onların əsas işi "İslam təhlükəlidir", "müsəlmanlar ekstremistlərdir, diqqətli olun" kimi fikirləri mütəmadi olaraq insanlara aşılamaqdan ibarətdir.

Avropada islamofobiya yeni mərhələyə adlayır

Dəfələrlə dünya birliyi, xüsusilə BMT-nin müvafiq sturukturları Avropa ölkələrinin hakimiyyətlərindən miqrantlara, əsasən də müsəlmanlara qarşı ayrı-seçkiliyi, zorakılıq hallarını dayandırmaq barədə çağırışlar etsə də, nəticəsi olmayıb. İslam üzrə ekspert Abdelfattah Rahaui qeyd edib ki, Avropada İslama qarşı radikal hərəkətlər aydın görünür, ancaq heç kim bunu qəbul etmək istəmir. "Qurani-Kərim"i yandıran şəxsin cəzalandırılması islamofobiyanın etiraf edilməsi olacaq. Müqəddəs "Quran" kitabının yandırılması islamofobiyanı əks etdirən faktlardan biridir. Dini düşmənçilik, irqçilik hər gün baş verir. Başıbağlı qadınlara hücumlar edilir, baş örtüyünü cırıb atır, təhqir edirlər. Belə bir hiss yaranır ki, hansısa qüvvələr bu cür vandallıq aktlarına şərait yaratmaqla müsəlmanları zorakılığa sövq etməyə çalışırlar.

Avropa İnkişaf və Araşdırma Akademiyasının (EDARA) baş direktoru Brahim Laytouss müsəlmanların səlahiyyətlənməsinin və güclənməsinin çox vacib amil olduğunu deyib. Qeyd edib ki, Avropa müsəlmanları oranın vətəndaşlarıdır, orada 25 milyon müsəlman məskunlaşıb. Onlar vətəndaş kimi cəmiyyətin inkişafında iştirak etməlidirlər.

Onun sözlərinə görə, müsəlmanlar İslam diskursunu yeniləməli, alternativ təkliflər verməlidirlər. "Biz müsəlman və qeyri-müsəlman arasında fərq qoymuruq. Biz Avropanın bir hissəsiyik. Belçikada İslam din kimi 1974-cü ildən dövlət səviyyəsində təsdiqlənib. Bu ölkənin təhsil müəssisələrində 3 mindən çox müəllim din dərsi keçir", - deyə Laytouss əlavə edib.

Avropa Parlamentinə keçirilən seçkilərdən söz açan baş direktor müsəlmanların bu prosesdə daha fəal iştirakının təmin edilməli olduğunu vurğulayıb. O deyib ki, Avropa Parlamentində müsəlmanlar, sadəcə, 11 faiz təşkil edir.

ABŞ-ın Yeni Orlean şəhərindəki Tulane Universitetinin siyasət üzrə professoru Raymond Casimer Taras isə ABŞ-da islamofobiya ilə bağlı məlumatlılığın çox aşağı səviyyədə olduğunu söyləyib.

İslamofobiyaya rəvac verən daxili amillərə mütləq nəzər yetirilməli olduğunu vurğulayan professor deyib ki, islamofob düşüncəyə şərait yaradan, bir növ ona səbəb olan halların kökündə yanlış siyasət dayanır. Fəlsəfi olaraq bu vəziyyət islamofobiyanın dərin laylara keçməsinə, irqçi hərəkatların formalaşmasına və yayılmasına imkan verir.

"Biz müstəmləkəçiliyə qarşı çıxış edirik. Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük. Bu məsələlərlə bağlı məlumatlılıq artırılmalıdır", - deyə o diqqətə çatdırıb.

Zalsburq Universitetinin sosiologiya və insan coğrafiyası kafedrasının dosenti Volfqanq Aşauer qeyd edib ki, iqlim dəyişmələri, Qərbdə baş verən müharibələr bədbinliyə qapılmağa səbəb olan amillərdir. Bütün bu mənfi amillər mədəni və sosial qütbləşməyə səbəb olur. Çox zaman isə problemlərə, sosial tənəzzülə görə müsəlman miqrantları qınayırlar.

Dünya birliyinin, xüsusi ilə də, BMT-nin yüksək tribunalarından Avropa rəhbərliyinə ölkələrində müsəlmanlara qarşı ayrı-seçkilyin, zorakılıq hallarının dayandırılması çağırışlarına baş bilənlərin münasibət bildirməmələri onların törədilən qeyr-insani hallada maraqlı olduqlarını göstərir. Bu isə ölkə rəhbərlərinin Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, eləcə də bu istiqamət də beynəlxalq norma və prinsiplərin kobud şəkil də pozulmasıdır. Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın hüquqlar və azadlıqlar bölməsinin 2-ci maddəsinə ( yaşamaq hüququ) əsasən Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa halda həyatından məhrum edilə bilməz. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozulması kimi nəzərdən keçirilmir.

Avropadan ədalətli mövqe, insan azadlıqlarına hörmət gözləməyə dəyməz

İnsan hüquqlarının müdafiəsindən, söz və vicdan azadlığından dəm vuran Avropa İttifaqı əməldə bölgədə kobud şəkildə insanların elementar hüquqlarını əlindən alır, söz azadlığına qarşı təhdidlərə, təzyiqlərə yol verir. KİV-lərin azad, müstəqil fəaliyyət göstərməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Çünki KİV-lər tam şəkildə dövlətin və ya ayrı-ayrı böyük iş adamlarının nəzarəti altındadır. Bu yaxınlarda dünyaca məşhur milyarder İlon Mask bəyan etmişdir ki, "Avropanın, əsasən də Norveç TV-lərində yayımlanan verilişlər, saytlarında dərc olunan yazılar yüz faiz dezinformasiya və ya yalan üzərində qurulur".

Acınacaqlı vəziyyətin hökm sürdüyü Avropadan ədalətli mövqe, insan azadlıqlarına hörmət gözləməyə dəyməz. Avropanın əksər ölkələrində yerli əhali ilə yanaşı hakimiyyət miqrantlara qarşı da zorakılıq hallarına yol verirlər. Yaxşı həyat, yüksək təminat arzusu ilə Avropa ölkələrinə üz tutan miqrantlar elə sərhəddə ciddi əngəllərlə üzləşməli olurlar. Bəzi hallarda müxtəlif məbləğdə rüşvət qarşısında ölkəyə buraxılan miqrantlar qalmaq üçün yer tapa bilmir və viza rejimi ilə üzləşir, iş tapmaqda ciddi problemlərlə qarşılaşırlar. Sonrakı mərhələdə isə hakimiyyətlərin göstərişi ilə Almaniya, Fransa, Niderland, Yunanıstan, Norveç və digər ölkələrin əhalisi tərəfindən miqrantlar təhqir edilir, döyülürlər. Miqrantların sözügedən ölkələrdə üzləşdikləri problemlər sırasında antisemit və islamafob meyillərin güclənməsi də ciddi problemlərdən hesab olunur. Almaniyada və Niderlanda ketdikcə güclənən nasist təşkilatların üzvləri miqrantlara qarşı hər cür alçaldıcı mövqe sərgiləyirlər. Bu cür təhqiramiz səhnələr birbaşa polislərin gözü qarşısında baş versə də, asayiş keşikçiləri susmağa üstünlük verirlər. Bu da məsələnin yuxarı rəsmi orqanlarla razılaşdırıldığından xəbər verir. Söz yox ki, belə bir davranış həmin cəmiyyətlərin naşılığından və hələ də orta əsrlər təfəkküründə qalmalarından irəli gəlir. İnsanlığa fərqli yanaşma göstərən cəmiyyət və həmin cəmiyyətin hakim zümrəsi uzun ömürlü ola bilməz. Onlar gec və ya tez mövcudluqlarını itirməlidirlər.

İLHAM ƏLİYEV